Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Facebook”da yayılan virus şəxsi məlumatları, şifrələri oğurlayır
“Son bir neçə gündə “Facebook” sosial şəbəkəsində yayılan virusla bağlı hər bir istifadəçi diqqətli olmalıdır, çünki bu viruslar onların şəxsi məlumatlarının, şifrələrinin oğurlanması ilə nəticələnə bilər”.

Trend xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O qeyd edib ki, zaman-zaman sosial şəbəkələrdə bu cür hallara rast gəlinir: “Ancaq son dövrlərdə bu, bir qədər sürətlənib. İstifadəçilər özləri də bilmədən bu cür virusları aktivləşdirir, yəni hansısa bir dostunuzdan bir link alırsınız və onu aktivləşdirəndə sizin dostluğunuzda olanlara da bu cür virus yayılır. Adətən, bir qədər təcrübəli istifadəçilər bunun qarşısını ala bilirlər. Yəni diqqətlə müşahidə edəndə bilmək olur ki, bu, virusdur. Ancaq təcrübəli olmayan istifadəçilər yeni bir linkin gəlməyini güman edərək onu aktivləşdirirlər və bu da virusun yayılmasına səbəb olur. Bunun qarşısını almaq üçün istifadəçilər diqqətli olmalıdır”.

O.Gündüz vurğulayıb ki, virusun yayılmasında məqsəd müxtəlif ola bilər: “Ola bilər ki, bu virus istifadəçilərin şəxsi məlumatlarını, şifrələrini ələ keçirmək üçün yayıla bilər. Həmçinin insanların vaxtını almaq, Azərbaycanda sosial medianın fəaliyyətini ağırlaşdırmaq, lazımsız informasiyaları dövriyyəyə salmaq məqsədi ilə yayıla bilər”.

O.Gündüz hesab edir ki, virusun Ermənistan tərəfindən də yayıldığını güman etmək olar: “Bu halı da istisna etmirəm. Məqsəd o ola bilər ki, kimlərinsə şəxsi məlumatlarını ələ keçirib gələcəkdə ondan istifadə etsinlər, eyni zamanda, Azərbaycanda sosial şəbəkədə ağırlaşmalar olsun, trafik bununla yüklənsin və s. Yəni informasiya müharibəsi dövrüdür, müxtəlif məqsədlər ola bilər. Hər halda sosial şəbəkə istifadəçiləri diqqətli olmalıdır”.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »