Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özündən 20 yaş böyük sevgilisini öldürən: “Dedim, sən yolunu azmısan”
Bakıda 45 yaşlı sevgilisini öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Paşa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttiham üzrə Paşa Cəbrayılov özünü təqsirli bilib.

Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib. Təqsirləndirilən şəxs qeyd edib ki, 2010-cu ildən işləmək üçün Sabirabad rayonundan gəlib: “Zülfiyyə Rəhimova ilə 2012-ci ildə Hövsanda olan “Tropikanka” kafesində tanış olub. Aramızda dostluq münasibəti yarandı. İşdən çıxanda onu evə qədər aparırdım. Zülfiyyənin Zəhra adında bir qızı vardı. O, qızı da özü ilə kafeyə gətirirdi. Onunla münasibətlərimiz daha da istiləşmişdi. Bu səbəbdən özüm qaldığım kirayə evdən çıxdım və Zülfiyyənin kirayə qaldığı evə köçdüm. Həmin gündən onunla bir yerdə yaşamağa başladıq”.

25 yaşlı gənc qeyd edib ki, 2016-cı ilin martında sevgilisi başqa kafedə işləməyə başlayıb: “Həmin vaxt mən özüm Rusiyada idim. Orda işləyib Zülfiyyə də pul göndərirdim. Bakıya qayıtdım. Onunla yenidən yaşamaq istəyirdim. O, buna etiraz etdi. Dedim ki, sən yolunu azıbsan. Bu zaman Zülfiyyə məni nalayiq ifadələrlə söydü. Məni geri qaydıaraq onu boğdum”.

Paşa Cəbrayılov ifadəsinin sonunda Zülfiyyə Rəhimovanı öldürmək istəmədiyin, törətdiyi əməldən peşman olduğunu deyib.

Prosesdə hadisənin şahidləri və sənədlər elan olunduqdan sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Çıxış etmək üçün prokurora söz verilsə də, o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə avqustun 4-də davam edəcək.

Qeyd edək ki,qətl hadisəsi Suraxanı rayonu Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 7/8 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci ildə təvəllüdlü Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib.

Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Zülfiyyə Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Zülfiyyə Rəhimova bundan əvvəl ailə qurub və sonradan ərindən ayrılıb, azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib və qazandığı pullarla həm özünü, həm də övladını dolandırıb.

Hadisə günü Paşa ilə Zülfiyyə evdə söhbət ediblər. Söhbət əsnasında Paşa qadına deyib ki, özümə iş tapacam, sənə nə istəsən alacam. Qadın isə ona “gör nə qədər axmaqsan ki, bir kəlmə sözümlə pulsuz Rusiyadan gəldin” deyə bildirib.

Bundan sonra Zülfiyyə Paşa Cəbrayılovun anasını və nəslimi söyüb. Otağa geri qayıdan Paşa Cəbraylov qadına “sən yolunu azmısan, başqa kişi ilə münasibət qurubsan” deyərək, onu boğub öldürüb.

Cinayəti törədən Paşa Cəbrayılov törətdiyi əməli etiraf edən Paşa Cəbrayılov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Paşa Cəbrayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »