Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir neçə yerdə yeni sürüşmə sahələri yaranıb
Ötən ay Zığda lokal sahələrdə texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Masazır qəsəbəsində, "Zəli gölü" adlı ərazidə təbii və texnogen amillərin təsirindən isə sürüşmə və uçqun prosesinin nisbi aktivləşməsi qeydə alınıb.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. İyul ayında Astarada - Kijəbə və Miki sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunduğunu vurğulayan ekspedisiya rəisi bildirib ki, Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci kilometrliyindəki sürüşmə sahələri aktivləşib: "Masallıda Güllütəpə və Zuvand sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb və hər iki kəndin ərazisində bir neçə yerdə lokal sürüşmə sahələri əmələ gəlib. Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyindəki sürüşmə sahəsinin parametrlərində artım olub. Bundan başqa, Cəlilabadda Çinar sürüşmə sahəsində də aktivləşmə baş verib".

Ə. Qaralovun sözlərinə görə, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-liyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçüləri artıb, bir neçə lokal sahədə çökmə prosesi yaranıb: "Eyni zamanda, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci kilometrliyi sürüşmə sahəsinin parametrlərində də nisbi artım qeydə alınıb. Siyəzəndə Sədan sürüşmə sahəsi aktivləşib. Şabranda Surra sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunmaqdadır. Şabranın Qazbabalı sürüşmə sahəsi üzərində olan çatların parametrləri isə artıb".

Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhərinin 48 - A məhəlləsindəki sürüşmə sahəsinin dinamikasında ciddi artım qeydə alınıb: "Nəticədə sürüşmə sahəsi üzərində qeydə alınmış çatların ölçüləri artıb. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib, sürüşmə sahəsi üzərində olan çatların parametrlərində artım qeydə alınıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsi sahədə sürüşmə prosesi aktivləşib. Nəticədə uçqun - töküntü hadisələri olub, ərazidə bir neçə yerdə yol boyu yeni lokal sürüşmə sahələri əmələ gəlib. Muğanlı sürüşmə sahəsində çatların ölçüləri qismən genişlənib. Ay ərzində Çuxuryurd-Qızmeydan avtomobil yolu sürüşmə sahəsi aktivləşib".

Nazirlik rəsmisi onu da bildirib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-dəki sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb: "İsmayıllıda Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyi sürüşmə sahəsində aktivlik müşahidə olunub. Sədiyan sürüşmə sahəsi ay ərzində ərazidə nisbi aktivlik qeydə alınıb, sürüşmə sahəsi üzərində çökmə - oturma prosesi baş verib, sürüşmə sahəsinin parametrləri artıb".

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »