Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Davamlı öskürək ciddi xəstəlikərdən xəbər verir
Davamlı öskürək bir sıra xəstəliklərin əlaməti olduğu kimi, qusma, sidiyin qaçırılması, yuxusuzluq, hətta qabırğanın qırılması kimi bir sıra arzuolunmaz hallara yol aça bilir

Bəzən xəstəlik sağalsa da, uzunmüddətli öskürək müşahidə edilir. Bu isə bir çox şəxslərdə narahatlığa səbəb olur. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, professor Metin Özkan bu cür davamlı öskürəklərin səbəbsiz olmadığını açıqlayıb.

Professorun sözlərinə görə, davamlı öskürək ürək çatışmazlığı, nəfəsalmada problemlərdən də xəbər verir. Bundan başqa, həkimlərin sözlərinə görə, üz və gözdə yaranan şişkinlik də ürək çatışmazlığının bir əlamətidir. Mütəxəssis bildirib ki, bundan başqa, davamlı öskürək həm də ağciyər problemlərindən xəbər verir.

Onun sözlərinə görə, öskürəyin qarşısının alınması üçün bir sıra nüanslara nəzər yetirilməsi vacibdir. Professor bildirib ki, davamlı öskürək bir sıra xəstəliklərin əlaməti olduğu kimi, qusma, sidiyin qaçırılması, yuxusuzluq, hətta qabırğanın qırılması kimi bir sıra arzuolunmaz hallara yol aça bilir.

O, 3 həftədən artıq davam edən öskürək üçün həkimə müraciət edilməyin vacib olduğunu qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »