Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan çempionatı derbi ilə başlayacaq
Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün püşkatma mərasimi keçirilib.

APA xəbər verir ki, yeni mövsümün iştirakçıları ilk turdakı rəqiblərini tanıyıblar.

AFFA-nın inzibati binasında baş tutan mərasimə sayca 26-cı çempionatda mübarizə aparacaq 8 komanda - “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Sumqayıt”, “Kəpəz”, “Neftçi” və Premyer Liqanın debütantı “Səbail” qatılıblar.

Püşkün nəticəsinə görə, ilk turda azarkeşlər iki gərgin oyun izləyəcəklər. Son çempion “Qarabağ” Azərbaycanın ən titullu komandası “Neftçi”nin qonağı olacaq. Bir sözlə, açılış turunda bütün çempionatların iştirakçısı olan komandalar arasında tarixi derbi baş tutacaq.

Gümüş mükafatçı “Qəbələ” “İnter”lə Bakıda üz-üzə gələcək. Debütant “Səbail” “Zirə”nin qonağı olacaqsa, iddialı heyət yığan “Sumqayıt” “Kəpəz”i öz meydanında sınağa çəkəcək.

Qeyd edək ki, ilk turun oyunları avqustun 11-13-ü aralığında keçiriləcək.

I tur

“İnter” – “Qəbələ”

“Neftçi” – “Qarabağ”

“Zirə” – “Səbail”

“Sumqayıt” – “Kəpəz”

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »