Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın müxtəlif ölkələrində ucuz və pulsuz gecələmənin yolları
Qonaq qəbul et, qonaq ol

İldə 1-2 dəfə səyahət edənlərə varlı gözü ilə baxmağı bir kənara qoyun. Bu düşüncələr sizə heç nə qazandırmayacaq. Özünüzü kasıb, onları imkanlı hesab etməkdənsə, ucuz səyahətin yolları ilə maraqlanın ?

Çox gəzmək, çox pulu olmaq anlamına gəlmir. Planlı və bilgili olmaq kifayətdir.

Pulsuz gecələmə – couchsurfing

Məsələn, dünyanın əksər ölkələrində pulsuz gecələmək üçün Couchsurfing-dən istifadə edin (divan-divan, ev- ev gəzmək mənasına gəlir). Birlik 2003-cü ildə dünya səyyahları üçün qurulub. Couchsurfing-in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilir. Bununçün http://www.couchsurfing.com-da profil yaratmaq lazımdır. Bu xidmət bəzən pullu, bəzən də könüllü ola bilir. Onu da deyim ki,couchsurfing.com saytı vasitəsilə gedəcəyiniz şəhərlərdə sizə gəzdirəcək bələdçilər də tapa bilərsiniz. Bələdçilər də bəzən könüllü, bəzən pulla xidmət göstərirlər. Seçim sizindir.

Çarəsizlikdən yaranan biznes

Bir də http://www.airbnb.com saytı var. Bu saytdan qeydiyyatdan keçməklə siz, gedəcəyiniz şəhərdə ucuz qiymətə ev, otaq kirayələyə bilərsiniz.

Airbnb evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır.

Sayt San Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb. Evlərinin kirayə haqqını verə bilməyən Brian Chesky ve Joe Gebbia otaqlarının birini kirayə vermək məcburiyyətində qalıblar. Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub. 2008-ci ildəairbedandbreakfast.com belə yarandı. Bir müddət sonra saytın adı airbnb oldu. İndi turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimidir.

Qənaət et, onlarla ölkə, şəhər gəz

Səyahəti ucuz və yaxud bahalı etmək insanın öz əlindədir. Qənaətcil olmaq gələcək səfərlər üçün bir addım öndə olmaq deməkdir.

seyahetchi.com

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
Son xəbərlər
Bütün xəbərlər »