Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mingəçevirdə piyadanı maşın vurub, sürücü qaçıb

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, 1990-cı il təvəllüdlü şəhər sakini Bayramov Camal Çingiz oğlu axşam saatlarında yolu keçən zaman onu naməlum avtomobil vurub.

Sürücü hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Yoldan keçən şəxs yaralını xəstəxanaya aparıb. Orada tibbi yardım göstərilən yaralı xəsarəti yüngül olduğundan evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »