Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada fövqəladə hal rejimi tətbiq oluna bilər

Fransada yanacaq qoymətlərinin artması ilə başlayan “Sarı jiletlilər”in aksiyaları geniş vüsət alıb.

Parisdə şiddətin artması, dağıdıcılığın geniç vüsət alması səbəbindən hökumət bəzi tədbirlər barədə düşünür.

Bunlardan biri də fövqəladə hal rejiminin tətəbiqidir.

Hökumət sözçüsü Benjamin Qriveaux bildirib ki, ölkədə sabitliyi bərqərar etmək üçün etirazçılarla danışıqlara gedilməlidir.

“Bu hadisələrin təkrarlanmaması üçün görüləbiləcək tədbirlər barədə düşünməliyik”, - sözçü “Europe 1” radiosuna açıqlamasında deyib.

10 min etirazçıya qarşı Parisdə dörd min beş yüz polis müqavimət göstərir. Yelisey sarayına qədər gələn aksiyaçılarla polis arasında qarşıdurma davam edir. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »