Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə “Hero” yazılı köynək geyinən azərbaycanlı deportasiya olundu
Türkiyədə üzərində “Hero” yazılmış köynək geyinən Azərbaycanlı deportasiya edilib. Virtualaz.org “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Qars vilayətində baş verib. Köynəyində ingiliscə “hero” – qəhrəman yazılmış köynək geyən şəxs polislər tərəfindən Polis İdarəsinə aparılıb. Orada ifadəsi alınandan sonra ölkədən deportasiya edilib.

Mənbənin yazdığına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd zamanı şübhəlilərdən biri üzərində “hero” yazılan köynək geyinibmiş. Bundan sonra eyni yazılı köynəyi geyən onlarla şəxs saxlanılıb, ən azı 2 nəfər həbs olunub.

Şübhəlilərin “Hero” yazılı köynək geyinməsi 15 iyul Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Fətullah Gülənin “The Fountain Magazine” də yazdırdığı yazının başlığında “Despair and Heroes” (Ümidsizlik və Qəhrəmanlıq) olması ilə əlaqələndiriblər.

Bir neçə nəfərin saxlanılmasından sonra “Akşam” qəzeti “Hero”nu Hoca Efendi Razı Olsun cümləsinin qısaldılmış forması olduğu iddia etmişdi.

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
Son xəbərlər
Bütün xəbərlər »