Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə bir ayda xarici ölkələrə 15,5 milyard dollarlıq mal satdı

Türkiyə cari ilin noyabr ayında 15 milyard 532 milyon ABŞ dolları məbləğində məhsul ixrac edib.

Bu barədə ölkənin ticarət naziri Ruhsar Pekcan məlumat verib.

Nazir bildirib ki, bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 9,49 faiz çoxdur. Onun sözlərinə görə, hazırda ölkədə 1 milyon 896 min şirkət fəaliyyət göstərir. Onların 99 mini bu il təsis olunub.(Azertag.az)

Son xəbərlər
Bütün xəbərlər »