Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan üçün növbəti şans: Milli rəqiblərini gözləyir

Bu gün, dekabrın 2-də, futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

Millətlər Liqası vasitəsilə 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazana bilməyən millimiz bu dəfə cəhdini seçmə mərhələ vasitəsi ilə edəcək.

Azərbaycan yığması beşinci səbətdə yer alıb.

I səbət: Portuqaliya, İsveçrə, Hollandiya, İngiltərə, Belçika, Fransa, İspaniya, İtaliya, Xorvatiya, Polşa

II səbət: Ukrayna, Almaniya, İslandiya, Bosniya və Herseqovina, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya

III səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail

IV səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan

V səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova, Cəbəlüttariq, Farer Adaları

VI səbət: Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino

Qeyd edək ki, İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Məlumat üçün bildirək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.

Bakı Olimpiya Stadionunda qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu keçiriləcək. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »