Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol polisinə qarşı iddia - "Qadın sürücülərə “podxod” edir" + Video
Bakıda xanım sürücünün vəzifə başında olan DYP əməkdaşının videosunu çəkərək sosial şəbəkələrdə paylaşması geniş müzakirələrə səbəb olub.

Baku.ws xəbər verir ki, adını açıqlamayan sürücü iddia edir ki, 10-P-048 dövlət nömrə nişanlı YPX-yə məxsus motosikletin sahibi, yol polisi ona əxlaqsız təklif edib.

Xanım sürücü iddia edir ki, sözügedən DYP əməkdaşı qaydanı pozan xanım sürücüləri saxlayaraq onlarla münasibət qurmağa çalışır, öz telefon nömrəsini təqdim edir.

Öz adını açıqlamayan, üzünü göstərməyən qadın sürücünün bu iddiası birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri videonun şərh bölməsində qeyd edirlər ki, sürücü DYP əməkdaşına şər atır. Buna səbəb isə qadın sürücünün DYP əməkdaşının qayda pozuntusuna görə ona yazdığı cərimədən yayınmaq istəməsidir.

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »