Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhriyar Məmmədyarov mövqeyini qorudu - Reytinq siyahısı
Beynəlxalq Şahmat Federasiyası (FİDE) dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Qurumun saytından verilən məlumata görə, noyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki (2817) yerini qoruyub. O, birinci pillədəki dünya çempionu Maqnus Karlsendən (Norveç, 2835) 18, Fabiano Karuanadan isə (ABŞ, 2832) 15 xal geri qalır.

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 20-ci (2736), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2671) 72-ci, Qədir Hüseynov (2664) isə 82-ci pillədə yer alıb.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2422)47-ci, Xanım Balacayeva 62-ci (2397), Gülnar Məmmədova isə 2368 xalla 99-cudur.

Son xəbərlər
Bütün xəbərlər »