Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistan Azərbaycana aviabombalar ixrac edəcək - Fotolar

Pakistan Azərbaycana müxtəlif təyinatlı aviasiya bombalarının ixracını həyata keçirməyə hazırlaşır.

Bu barədə İDEAS-2018 sərgisində iştirak edən “AzeriDefence” jurnalının əməkdaşına Pakistanın GIDS (Global Industrial & Defence Solutions) dövlət şirkətindən bildirilib.

Şirkət rəsmiləri bildiriblər ki, istehsal edilən müxtəlif təyinatlı aviasiya bombaları və yönləndirmə dəstlərinin Azərbaycan Hərbi Hava Qüvvələrinə təqdimatı keçirilib və bəyənilib. Bu aviasiya bombaları uzaq məsafədən düşmənin möhkəmləndirilmiş sığınacaqlarını, xüsusilə də betondan düzəldilmiş sığınacaqlarını dəqiqliklə məhv etməyə imkan verir. Bombalar həm NATO ölkələrində istehsal olunan təyyarələrdən, həm də Sovet təyyarələrindən atıla bilir.

Şirkət rəsmilərinin sözlərinə görə, aviasiya bombaları Azərbaycan Silahlı Qüvvələri tərəfindən bəyənilib və bu Azərbaycanın aviasiyasının gücünü daha da artıracaq. Eləcə də, GİDS aviabombaların istehsalı ilə bağlı Azərbaycan müdafiə sənayesi ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb və bununla bağlı Azərbaycan tərəfi ilə görüşlərin keçirildiyini bildiriblər.

Qeyd edək ki, bu günləri İDEAS-2018 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarı çərçivəsində Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov da GİDS şirkətinin stendinə baş çəkib. Şirkət rəhbərliyi tərəfində ona GİDS şirkətində istehsal olunan müxtəlif məhsullar nümayiş etdirilib.

Qeyd edək ki, GİDS Pakistan hərbi sənayesinin ən böyük aparıcı müəssisələrindəndir. Şirkət bu günə qədər Azərbaycana müxtəlif müdafiə təyinatlı məmulatların ixracını həyata keçirib. (Oxu.az)

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »