Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan firavan ölkələr siyahısında 99-cu yerdədir - Foto

Azərbaycan firavan ölkələr siyahısında 99-cu yerdədir.

“Tərəqqi indeksi” (Prosperity Index) Britaniyanın “Legatum Institute” mərkəzi tərəfindən doqquz kateqoriyadan ibarət müxtəlif göstəricilər üzərində qurulub.

Onlar ictimaiyyətin həyatının müxtəlif aspektlərini və rifah parametrlərini özündə əks etdirib: iqtisadiyyat, idaretmə, təhsil, tibb, təhlükəsizlik, şəxsi azadlıqlar, sosial kapital, ekologiya və sahibkarlıq.

Araşdırmaların nəticəsinə uyğun olaraq, Azərbaycan 2018-ci ildə 99-cu yerdə Kambocca və Moldovanın arasında yerləşib.

Azərbaycan ən yaxşı göstərici təhsil sahəsində olub. Bu göstəricidə Azərbaycan 52-ci mövqedə qərarlaşıb. Təhlükəsizlik göstəricisi üzrə 59-cu, təhsil və biznesin inkişafı üzrə 69-cu yeri tutub.

Ölkənin iqtisadiyyatı səviyyəsinə görə 83-cü yerdə qərarlaşıb.

Ölkəmizdə ən pis göstərici ekoloji vəziyyətlə bağlıdır ki, Azərbaycan bu siyahıda 139-cu yeri, daha sonra sosial kapital üzrə 137-ci, dövlət idarəetməsi üzrə 119-cu, şəxsi azadlıqlarla bağlı 112-ci yeri tutub. (Oxu.az)

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »