Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanda xarici telelayihələrin lisenziyalı yayımını davam etdirir

Teleradionun İctimaiyyətlə Əlaqələr Departamenti xəbər verir ki, qurum Rusiyanın məşhur “ANIMAKKORD” studiyası ilə əməkdaşlıq müqaviləsi imzalayb. İTRYŞ və “ANIMAKKORD” arasında imzalanan müqaviləyə əsasən uşaqların sevimli qəhrəmanları “Maşa və Ayı” (Маша и Медведь) - animasiya serialı artıq İctimai Televiziyada Azərbaycan dilində yayımlanacaq.

Gələn ildən etibarən həftəiçi hər səhər balacaların görüşünə gələcək sevimli cizgi filminin Azərbaycan dilində dublyajı televiziyanın “Kino və Dublyaj Departamenti”ndə reallaşdırılır.

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bu addımın atılmasında əsas səbəb Azərbaycanda xarici telelayihələrin lisenziyalı yayımını inkişaf etdirməkdir.

2009-cu ildən etibarən yayımlanan “Maşa və Ayı” (Маша и Медведь) üçölçülü qrafikanın köməyi ilə yaradılıb və bütün auditoriya üçün nəzərdə tutulub. Hər bölümü 6-7 dəqiqə davam edən animasiya filminin yaradıcıları bu zaman kəsiyinin uşaqların cizgi filminə baxmağı üçün ən ideal müddət olduğunu düşünürlər.

“Youtube” portalında ümumi auditoriyası 20 milyarddan çox baxış sayına malik sözügedən animasiya serialının müxtəlif epizodlarının gün ərzində 3 milyona qədər izləyicisi olur. Təkcə “Maşa və sıyıq” epizodu 2 milyarddan çox baxış ilə onluq reytinqinə düşən animasiya videosu kimi qeydə alınıb.

İTV, geniş auditoriyaya sahib, bütün beynəlxalq səviyyəli layihələrin lisenziyalı versiyalarının Azərbaycanda yayımını həyata keçirməkdə davam edəcəkdir.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hökumət hansı məhsulların qiymətinin artdığını açıqlayıb
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
Son xəbərlər
Bütün xəbərlər »