Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin xarici ticarət balansında kəsir 16% azalıb

Bu ilin okyabr ayında Türkiyədən ixracın dəyəri ötən ilin oktyabr ayı ilə müqayisədə 13% artaraq 15,719 mlrd. ABŞ dolları, Türkiyəyə idxalın dəyəri isə illik müqayisədə 23,8% azalaraq 16,176 mlrd. dollar təşkil edib.

Bu barədə məlumatı Türkiyənin Statistika İdarəsi məlumat yayıb.

Son nəticədə ay ərzində qonşu ölkənin xarici ticarət balansındakı kəsir 456 mln. dollar olub ki, bu da 1 il əvvələ nisbətən 93,8% azdır. Son 1 ildə ixracın idxalı qarşılama nisbəti isə 65,6%-dən 97,2%-ə yüksəlib.

Yanvar-oktyabr aylarında isə Türkiyədən ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% artaraq 138,7 mlrd. dollar, Türkiyədə idxalın dəyəri isə 0,1% artaraq 190,327 mlrd. dollar təşkil edib. Bununla da, 10 ay ərzində xarici ticarətdə 51,627 mlrd. dollarlıq kəsir yaranıb ki, bu da 1 il əvvələ nisbətən 15,7% azdır. Son 1 ildə ixracın idxalı qarşılama nisbəti isə 67,8%-dən 72,9%-ə yüksəlib. (Report.az)

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
Son xəbərlər
Bütün xəbərlər »