Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xeops texnologiyası - Məşhur piramida necə inşa edilib?

Arxeoloqlardan ibarət beynəlxalq qrup Xatnuba karyerində iri daş blokların qaldırılması üçün istifadə edilən pandus izləri aşkar edib.

Qədim misirlilər ərazidə kirəc çıxarırdılar. Pandusun izləri 4.5 min il əvvələ aiddir.

Alimlərin sözlərinə görə, bu qurğular piramidaların inşasında istifadə edilib.

Fransanın Şərqi Arxeologiya institunun alimləri və İngiltərənin Liverpul universitetinin arxeoloqları rampa izlərini Xatnuba karyerində, Luksordan şimaldakı Ərəb səhrasında tapıblar.

Qədim misirlilər kirəc və əhəngdən heykəl, sərdabə aksessuarları, sarkofaq, qab-qacaq hazırlayırdılar. Alimlər əvvəllər misirlilərin ağır əhəng bloklarını tikinti meydançasına necə qaldırdıqlarını bilmirdilər. Ehtimal edilirdi ki, onlar bu iş üçün rampadan istifadə ediblər. Amma bu günə qədər də bu hipotezi sübut edəcək rampa tapılmamışdı.

“Bizim aşkar etdiyimiz sistem mərkəzi rampadan ibarətdir. Hər iki tərəfində pilləkən və ağac dirəklər üçün çoxsaylı dəliklər var. Misirlilər kəndirlərin köməyi ilə daşları 20 dərəcə bucaq altında rampanın üzərinə qaldırırdılar”, - deyə ekspedisiyanın rəhbəri Yannis Qurdon deyib.

Alimlərin sözlərinə əsasən, bu sistem əhəng daşından inşa edilən piramidalarda da istifadə edilib. Piramidanın ölçüsünə görə rampa qurulur və fəhlələr daş blokları yuxarı daşıyırdılar.

Qurdon qeyd edib ki, rampa ən azı firon Xeopsun hakimiyyət dövrünə aiddir. (Olke.az)

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »