Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert işəgötürənlərin sosial sığorta haqqından azad edilməsini təklif edir
“Vergi və sosial qanunvericiliyə dəyişikliklər layihəsi effektiv olmayacaq”.

Bu barədə bizimyol.info-ya açıqlamasında bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib.

O deyib ki, vergi və sosial qanunvericiliyə dəyişikliklər layihəsi kölgə iqtisadiyyatının həcminin azalmasına və maaşlar olduğu kimi rəsmiləşdirilməsinə hesablanıb: “Biz bilirik ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür, əmək haqları olduğundan az göstərilir ki, vergi və sosial sığorta haqqı az ödənilsin. Layihə qəbul olunarsa, əgər əmək haqqı 8 min manatdan azdırsa, qarşıdakı 7 il ərzində 14 faizlik vergi qeyri-neft sektorundan tutulmayacaq.

Ə.Həsənovin sözlərinə görə, bu layihəni hazırlayanalar ona ümid edirlər ki, qarşıdakı 7 il ərzində maaşlar həqiqi səviyyəsində rəsmiləşdiriləcək: “Dorğudur, qarşıdakı 7 il ərzində dövlətin gəlirləri azalacaq, həmin müddətdən sonra isə artacaq. Layihəni hazırlayanlar ümid edir ki, bu müddət ərzində iqtisadiyyatı şəffaflaşdırmaq mümkün olacaq. Mən isə düşünürəm ki, bu belə olmayacaq. Ona görə ki məcburi dövlət sosial sığorta haqqının məbləği azaldılmayıb. Amma deyirlər ki, əgər indi 25 faiz sığorta haqqının 3 faizini işçi, 22 faizini işəgötürən verirsə, gələcəkdə 10 faizini işçi, 15 faizini işəgötürən verəcək. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Çünki hər yerdə işçini əlinə aldığı maaş maraqlandırır, işəgötürən üçün isə maaşdan əlavə ödədiyi vergi və sosial sığorta haqqıdır. Sosial sığorta haqqı isə endirilmir. Belə olan halda əmək haqqı necədirsə, gələcəkdə də elə qalacaq. Bu gün hər bir işəgötürən işçinin əmək haqqısından 39 faiz dövlətə ödəni edir, yəni 14 faiz vergi, 25 faiz sosial sığorta haqqı ödəyir. Bəli, qarşıdakı 7 il ərzində 14 faiz vergi verməyəcək, amma 25 faiz qalır axı. Odur ki, işəgötürən müxtəlif yollarla əmək haqqını az göstərəcək”.

Ekspert hesab edir ki ona görə də bu islahat effektli olmayacaq: “Ona görə də təklif edirəm ki, sosial sığorta haqqının da dərəcəsi azaldılsın və yaxud bir neçə il ərzində ödəniş tələb edilməsin. Əks halda qarşıdakı 7 il ərzində dövlət itirəcək”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »