Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
CNN BMT-də çıxış edən şərhçisini işdən qovdu - Səbəb

ABŞ-ın CNN telekanalı şərhçisi Mark Lemont Hilli işdən qovub.

Buna səbəb şərhçinin Fələstinə səfər etməsi və daha sonra Birləşmiş Millətlər Təşkilatında bu ölkə ilə bağlı çıxışı olub.

Bu barədə kanalın mətbuat departamentindən açıqlama verilib.

BMT-də etdiyi çıxışda Fələstin xalqının gündəlik həyatda çəkdiyi əziyyətləri dilə gətirən Mark Lemont “Çaydan dənizə azad Fələstin” ifadələrini demişdi. İsrail tərəfdarları isə CNN-ə və şərhçinin digər iş yeri olan Templ Universitetinə təzyiq edərək onun işdən qovulmasını tələb etmişdi.

Lakin universitet “Lemant Hillin BMT-də verdiyi açıqlama sadəcə özünü maraqlandırır. Bir vətəndaş olaraq o, fikir söyləməkdə azaddır və onun bu hüququ konsitutsiya ilə qorunmaqdadır” açıqlamasını verib və işçisinə sahib çıxıb.

Televiziya şərhçisi daha sonra sosial media hesabından açıqlama verib: “Fələstinin azadlığını dəstəkləyirəm. Onların özlərinə aid qərarlarını özlərinin verməsini dəstəkləyirəm. İsrailin siyasətinə şiddətlə qarşı çıxıram. Yəhudilərin öldürülməsini, onlara qarşı çıxılmasını dəstəkləmirəm. Bütün həyatımı bunlarla savaşaraq keçirdim”. (Publika.az)

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› Yanvarın 23-nə olan hava proqnozu
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »