Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Vladimir Putinlə Argentina görüşünü ləğv etməsi xəbərinə münasibət bildirib.
Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, Kreml sözçüsü onlarda hələlik heç bir rəsmi məlumatın olmadığını deyib.
Peskov əlavə edib ki, Tramp görüşdən imtina edərsə, Putinin digər faydalı görüşlər üçün əlavə vaxtı qalacaq.