Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürdəmirdə evdə yanğın olub, ev sahibəsi yanaraq ölüb - Fotolar

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb.

Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub.

Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğundə araşdırma aparılır. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »