Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Hospitalının iranlı həkimi yenidən məhkəməyə müraciət edib

Qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşı - Jahani Hiveh Hamid Mohammad yenidən məhkəməyə müraciət edib.

Məhkəmə qərarından narazı qalan İran vətəndaşı kassasiya şikayəti verib.

Şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, İran vətəndaşları - Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habib İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gizli şəkildə dərman gətirməkdə təqsirləndirilərək saxlanılıblar.

Jahani Hiveh Hamid Mohammad uzun illərdir Azərbaycanda yaşayır və Dövlət Gömrük Hospitalında cərrah-həkim kimi çalışır. O, hazırlıq iclasında məhkəmə zalında həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Jahani Hiveh Hamid Mohammad 7 il və Ghahremani Hafez Habib 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, iranlıların hər birinin cəzası 1 il 6 ay azaldılıb. (Report.az)

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »