Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mixail Saakaşvilinin mitinq çağırışlarına xalqın dəstək verməsi gözlənilmir" - Politoloq

"Gürcüstanda prezident seçkilərinin ikinci turunda hakim "Gürcü Arzusu" partiyasının namizədi Solomi Zurabişvilinin prezident seçilməsi, İvanaşvilinin mövqeyini möhkəmləndirəcək".

Bizimyol.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə Gürcüstandakı seçkilərin nəticələrini şərh edərkən bildirib.

O qeyd edib ki, Mixail Saakaşvilinin mitinq çağırışlarına xalqın dəstək verməsi gözlənilmir:

"Seçkilərin rəsmi nəticələri elan olunmamışdan bir neçə saat əvvəl oliqarx Bidzina İvanaşvilinin mətbuat konfransı keçirərək, qələbə nitqini söyləməsi, daxili və xarici siyasətlə bağlı mesajlar verməsi göstərdi ki, ölkədə əsas söz sahibi şəxsidi, ölkəni pərdə arxasından idarə edir. Həqiqətən də İvanaşvili bu çıxışı ilə aydın göstərdi ki, baş nazir və prezident qeyri-rəsmi buna tabedir.

Qeyd edək ki, Gürcüstanın daxili və xarici siyasətinin ştrixlərini İvanaşvilinin kabinetində müəyyən edilir, prezident adminstrasiyası və baş nazirliyə göndərilir.

Gürcüstanda növbəti parlament seçkiləri 2020-ci ildə keçirələcək və prezident bu seçkilərdən sonra parlament tərəfindən seçiləcək.

Mixail Saakaşvilinin mitinq çağırışlarına xalqın dəstək verəcəyi gözlənilmir. Lokal şəkildə etiraz aksiyaları keçirilsədə, bu geniş miqyasda olmayacaq. Əgər, Saakaşvili problemlərə rəğmən ölkəyə dönüb, etiraz aksiyalarını təşkil edə bilərsə bu ölkədə yeni inqilaba yol açar. Bunada Qərb imkan tanımayacaq. Əgər, lazım olsaydı, Qərb Saakaşvilini Gürcüstana göndərə bilərdi. Ukraynada davam edən böhrana görə Gürcüstanda Rusiya ilə yeni toqquşma mənfi proseslərə səbəb olar.

Hazırkı situasiyada xalqın geniş kütləsi növbəti parlament seçkilərini gözləyir.

Gürcüstan xarici siyasətdə Avrointeqrasiya siyasətini davam etdirsədə, Rusiya ilə konfliktə getməyəcək. Xüsusilə Abxaziya və Cənubi Osetiya problemində gözləmə mövqeyi tutacaq və münaqişənin həlli üçün Moskva ilə siyasi təmasları artıracaq. Moskva ilə konfondensial danışıqlar davam etdirələcək.

Azərbaycanla siyasi-iqtisadi əlaqələr olduğu kimi davam edəcək, amma bu əlaqələrdə soyuqluq hökm sürəcəyi istisna deyil.

Bu seçkilərdə İvanaşvili, Saakaşvili üzərində növbəti pirr qələbəsinə nail oldu. Gürcüstan vətəndaşlarının rəsmi rəqəmlərə görə 40 faizindən çoxu Vaşadzeyə səs verib. Bu da həll edici güc deməkdir.

Bununla da Kreml bir daha Saakaşvilinin Gürcüstana qayıtmasınln qarşısını aldı. Xalq küçələrə çıxıb, Saakaşviliyə açıq dəstək verməməsi əsasən, regional şərtlərdən, xüsusi ilə Rusiyanın mümkün hərbi müdaxiləsindən çəkinirlər.

Saakaşvili 2020 -ci il parlament seçkilərini gözləmək olacaq. İki il İvanaşviliyə xalq yenidən şans verdi".

Bizimyol.info

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »