Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik "zapravka"nın partlaması ilə bağlı açıqlama yaydı
Tərtər rayonunun Qaradağlı kəndində "PAT OİL" yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, nəticədə çənin üst hissəsi, üzərində quraşdırılan, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanıb. Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »