Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
662 bal toplayan tələbəni birlik öz himayəsinə götürdü
Azərbaycan Uşaqlar Birliyi ali məktəblərə qəbul imtahanından 662 bal toplayaraq imkansızlıqdan təhsil ala bilməyəcəyini deyən Aytən Şirinovanı öz himayəsinə götürüb.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib. O, qeyd edib ki, Aytən Şirinova ilə əlaqə yaradaraq təhsili ilə bağlı müzakirələr aparıb:

“AYTƏN ŞİRİNOVA TOPLADIĞI BALLA HÜQUQ FAKÜLTƏSİNƏ DÜŞÜR. İNDİ ÇALIŞMALIYIQ Kİ, AYTƏN ŞİRİNOVA ÖDƏNİŞSİZ İXTİSASA DÜŞSÜN. BUNDAN ƏLAVƏ ONUN BÜTÜN UNİVERSİTET LƏVAZİMATLARINI DA BİRLİK ÖDƏYƏCƏK”.

Zərdab rayon Yarəmmədbağı kənd orta məktəbinin məzunu Aytən Şirinova ali məktəblərə qəbul imtahanında 662 bal toplayıb. Bu bal ona Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almaq şansı qazandırsa da imkansızlıqdan təhsilini davam etdirə bilməyəcəyi deyilir.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
Son xəbərlər
Bütün xəbərlər »