Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Şəhər Prokurorluğunun sabiq dəfərxana müdiri apellyasiya şikayəti verdi
Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi - dəftərxananın sabiq müdiri, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinə Elçin Qurbanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bizimyol.info xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinib.

Bu hökmdən verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.Prosesdə təqsirlkəndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

E.Qurbanov bir neçə tanışı ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb. Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyiblər. Vətəndaşın şikayəti əsasında E.Qurbanov və digər şəxslər saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Elçin Qurbanov 2018-ci il fevralın 21-də Bakı şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib. Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib. Aparılmış istintaq zamanı Elçin Müzəffər oğlu Qurbanov Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »