Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Könül Kərimovaya qarşı dələduzluq edən qadın müğənninin 11 min manatını qaytarıb
Azərbaycanın əməkdar artisti Könül Kərimovaya və digərlərinə qarşı dələduzluqda təqsirləndirilən Məlahət Məmmədova müğınniyə dəymiş zərərin 11 min manatını ödəyib.

İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib.

O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, müğənniyə dəymiş 32 min manatdan yalnız 11 min manat ödənilib.

Prokuror çıxışında K.Kərimovanın məhkəmədə qaldırdığı mülki iddiasının təmin edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 12-də davam etdiriləcək.

M.Məmmədova bir neçə şəxsin etibarından istifadə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O bildirib ki, 2012-ci ildə dələduzluqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »