Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atasının 40 mərasimi əvəzinə xarici ölkədə su çəkdirən azərbaycanlı- FOTO
Azərbaycan vətəndaşı bu günlərdə atdığı addımı ilə gündəm yaradıb. Sumqayıt sakini Qalib Namazov Kambocada yerli əhali üçün su çəkdirib.

O, Femida.az -a açıqlamasında məqsədinə aydınlıq gətirib:

- Atam keçən ay vəfat etdi. Onun 40 mərasimini vermədim. Fikirləşdim ki, bu, əlavə xərcdir. Onun əvəzinə Kambocada yaşayan müsəlmanlara su çəkdirdim. Orada 1 milyon 500 min kasıb müsəlman yaşayır. Onlar yağış suyunu yığır və içirlər. Artezian qazmağa imkanları yoxdur. Orada yaşayan və xeyriyyəçiliklə məşğul olan dostum Göksəl Uzunla danışdım. Ona 250 dollar göndərdim ki, əhali üçün bulaq açdırsın. Üzərində isə vəfat etmiş atamın adı qeyd edilsin. Hər dəfə o bulaqdan istifadə edən insanlar atama rəhmət oxuyar. Bu, mənə bəs edər.

Qalib Namazov qeyd edib ki, o, bu addımı ilə hər kəsə nümunə olmaq istəyir.

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »