Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir canavar hücumu: yaralılar var - Foto
Noyabrın 29-da səhər saat 08:00 radələrində Astara rayonunun Şüvi kəndində canavar məktəbə gedən şagirdlərə və kənd sakinlərinə hücum edib.

AZƏRTAC xəbər verir ki, hadisə zamanı üçü məktəbli olmaqla, beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Şüvi kənd sakini 25 yaşlı Jalə Firudinzadə birinci sinifdə oxuyan oğlu Rəvan Abdullayevi səhər saatlarında məktəbə apararkən yolda canavarın hücumuna məruz qalıb. Ana oğlunu qoruya bilsə də, əlindən və sifət nahiyəsindən yaralanıb.

Kənd sakinləri, doqquzuncu sinif şagirdi Rafiq Baxşıyev və beşinci sinif şagirdi Lalə Əşrəfova da məktəbə getdiyi zaman canavar onlara hücum edib.

Şüvi kənd sakini, 43 yaşlı Malik Ağayev isə səhər saatlarında tövləyə girmiş canavarın hücumunu məruz qalıb.

Canavar Şüvi kənd ərazi icra nümayəndəliyində yerləşən Sekəşan kəndində də 1993-cü il təvəllüdlü Günəş Şahmuradovaya müxtəlif bədən xəsarətləri yetirib.

Şüvi kənd bələdiyyəsinin sədri Mail Muradovun verdiyi məlumata görə, canavar qonşu kəndlərdə də sakinlərə ziyan vurub.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »