Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəzməyə qərib ölkə — Millət vəkillərimiz haralarda istirahət edirlər?
Artıq bir neçə vaxtdır ki, Milli Məclisin deputatları yay tətilinə buraxılıb. Deputatların bir neçəsi isti yay günlərində dincəlmək üçün Azərbaycanı seçsələr də, xarici ölkələrə üz tutanların da sayı az deyil.

Araşdırma zamanı məlum olub ki, Milli Məclisin bir çox deputatı istirahət etmək üçün daha çox Türkiyə, Kipr, Gürcüstan, Rusiya və Ərəb ölkələrini seçirlər. Ancaq onların arasında Avropa ölkələrinə gedənlər də var.

Ümumilikdə, deputatlardan kimlərin necə və harada dincəlməsi barədə fikirləri öz dillərindən deyildiyi kimi tanış olaq:

Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa:

“Mən istirahətimi Azərbaycanda keçirirəm. Daha çox Bakıda, dəniz kənarında dincəlirəm. Heç doğulduğum Naxçıvana da getməmişəm. Xəzər dənizinin sahilində istirahət edirəm. Allah bu qədər böyük neməti bizə bəxş edibsə, o zaman nə üçün gedib başqa ölkələrdə pul xərcləməliyik? O pulu elə öz ölkəmizdə xərcələyək də!”.

Milli Məclisin deputatı Sabir Hacıyev:

“İstirahətimi Azərbaycanda keçirirəm. Hazırda Bakıda olsam da, Göyçaydan bu yaxınlarda qayıtmışam. Ona görə də mən istirahətimi Azərbaycanda keçirməyi daha üstün bilirəm”.

Milli Məclisin deputatı Astan Şahverdiyev:

“İstirahətimi doğma Azərbaycanda keçirirəm. Yay tətili üçün heç bir ölkəyə getməmişəm, öz rayonlarımıza gedirəm”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə:

“İstirahətimi Azərbaycanda keçirirəm. Hazırda da Bakıdayam”.

Milli Məclisin deputatı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov:

“Hazırda Türkiyədə dincəlirəm. İnşallah deputat seçildiyim Salyan rayonuna da gələcəm. Yəqin ki, məzuniyyətimin bir hissəsini də rayonda keçirəcəm”.

Digər deputatların bir çoxu ilə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verən olmadı. (ölkə.az)

Son xəbərlər
Bütün xəbərlər »