Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salome Zurabişvili: “Tezliklə müasir və inkişaf edən Gürcüstana nail olacağıq”

Gürcüstan xalqı bu gün sülhlü, azad və bərabər vətəndaşların ölkəsinə səs verib”.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili “exit-poll”un nəticələrinin elan olunmasından sonra deyib.

O, seçkilərdə cəmiyyətin onu dəstəkləməyən hissəsi, məsləkdaşları olmayanlarla dialoqun qurulacağını bildirib: “Biz hamımız kiçik ölkənin vətəndaşlarıyıq. Bir yerdə yaşayırıq və gələcəkdə də birgə yaşamalıyıq. Sizə söz verirəm ki, bizim birləşməyimiz üçün bütün gücümü sərf edəcəyəm. Hamımızın məqsədi müasir, inkişaf edən və firavan Gürcüstana nail olmaqdır və bu məqsədə tezliklə nail olacağıq”.

S.Zurabişvili bugünkü seçkilərin dinc şəraitdə keçdiyini çox önəmli adlandırıb: “Seçkilərdə iştirak edən hər bir kəsə, məni dəstəkləyənlərə təşəkkür edirəm. Məni dəstəkləyən Gürcü Arzusu Partiyası, ailəmə və övladlarıma minnətdaram”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə əsasən, S.Zurabişvili səs çoxluğu ilə qalib gəlib.

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »