Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İndoneziyada bir ay əvvəl baş vermiş təyyarə qəzasının ilkin səbəbləri açıqlanıb

İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus, Qərbi Yava yaxınlığında dənizə düşmüş sərnişin təyyarəsinin "qara qutu"sunun məlumatına görə, pilotlar ilk dəqiqədən sensorlardan səhv məlumatlar alan təyyarənin idarəetməsini bərpa edə bilməyiblər.

Bizimyol.info AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Seattle Times" nəşri mütəxəssislərin ilkin hesabatına istinadla məlumat yayıb.

Nəşrin məlumatında bildirilir ki, göyərtədəki "qara qutu" insanla maşın arasında gərgin mübarizəni qeydə alıb. Pilotlar 20 dəfədən artıq burnu aşağı əyilən təyyarəni düzəltməyə çalışıblar. Qəzet yazır: "Pilotlar hər dəfə təyyarənin burnunu düzəltməyi bacarsalar da, son anda təyyarəyə nəzarəti itiriblər və o, okeana düşüb".

İndoneziya Nəqliyyatda Təhlükəsizlik Milli Komitəsinin hava hadisələri bölməsinin müdiri, kapitan Nurcahiyo Utomo isə bildirib ki, pilotlar uçuşun sonunadək mübarizə aparıblar.

Aviaqəzanı təhqiq edən indoneziyalı mütəxəssislərin bu gün qəzanın səbəbləri ilə əlaqədar tam hesabatı dərc edəcəyi gözlənilir.

Xatırladaq ki, oktyabrın 29-da Cakartadan səmaya qalxan "Boeing 737 Max" sərnişin təyyarəsi 13 dəqiqədən sonra okeana düşüb. Təyyarənin parçaları 30-40 metr dərinlikdə geniş əraziyə dağılıb. Qəzanın səbəbləri hələ ki, tam məlum deyil. Təyyarənin göyərtəsində sərnişinlər və heyət üzvləri daxil olmaqla 189 nəfər olub.

Qəzadan sonra "Boeing" şirkəti rabitə operatorları üçün təyyarənin uçuş bucağı ötürücüsündə nasazlıq olması barədə xəbərdarlıq yayıb. İndoneziyalı təhqiqatçıların rəyinə görə, qəzaya uğrayan təyyarənin "qara qutu"su sürət və hündürlük barədə məlumatların dəqiq olmadığını təsdiq edib.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »