Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Mask Marsa köçməyə hazırlaşır: “Orada ölmək istəyirəm”

İlon Mask yaxın vaxtlarda Mars planetinə yeni raket göndərməyə hazırlaşır.

İş adamı Marsa köçüb orada yaşayacağını bildirib. Mask daha əvvəl də Marsda ölmək istədiyini bildirib.

“SpaceX” şirkətinin qurucusu olan Mask “Axios” serialının qonağı olub. Verilişdə İlon qeyd edib ki, çox yaxın vaxtlarda Marsa səyahət etmək mümkün olacaq. Hər dəfə Marsa gedəcəyini bildirən İlon bu iddiasını yenidən gündəmə gətirib. Bundan başqa iş adamı “Marsa getmək varlılar üçün qaçış planıdır” iddialarının da əleyhinə çıxıb. Mask bildirib ki, Marsa gedəcək insanlar orada bazanın qurulması üçün işləyəcəklər və çətin təbiət şərtlərinə qarşı mübarizə aparacaqlar.

Maskın planlarında son texnologiyalar sayəsində Marsda yaşamaq və qida kimi ehtiyaclarını qarşılamağın mümkün olmasını təmin edən texnikanın istehsalı var. (Olke.az)

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »