Bizimyol.info xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı Vüqar Quliyev çıxışında M.Məmmədovanın 6 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha təqsiriləndirilən şəxsin vəkili müdafiə çıxışı etmək üçün məhkəmədən vaxt tələb edib.
Nnövbəti iclası dekabrın 12-nə təyin olunub.
Qeyd edək ki, M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.
M.Məmmədova bir neçə şəxsin etibarından istifadə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
Zərərçəkmişlərdən biri də əməkdar artist Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verərək, ondan ümumilikdə 32 min manat pul alıb.
M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O bildirib ki, 2012-ci ildə dələduzluqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
Rəşad VAQİFOĞLU