Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının “zəbt olunmuş” avtobus dayanacağı - Video

Sürücülər şəxsi avtomobillərini paytaxtın Cəlil Məmmədquluzadə küçəsi 99 ünvanında yerləşən avtobus dayanacağının ərazisində park edirlər.

Bizimyol.info xəbər verir ki, avtobus sürücüləri nəqliyyat vasitələrini yolun hərəkət hissəsində saxlamaq məcburiyyətində qalır ki, bu da qəza şəraitinin yaradılmasına zəmin yaradır, eləcə də dayanacaqlarda piyadaların sərbəst hərəkətinə mane olur.

Qeyd edək ki, dayanma, durma, parklanma qaydalarının pozulmasına görə dövlət yol polisi tərəfindən fotomateriallar tərtib edildikdə, həmin sürücü İnzibati Xətalar Məcəlləsinə görə 40 manat məbləğində cərimə olunur.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »