Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vergilər Nazirliyi vergi və sosial qanunvericiliyə dəyişikliklər layihəsi ilə bağlı açıqlama verdi

Son günlər kütləvi informasiya vasitələrində vergi və sosial qanunvericiliyə dəyişikliklər layihəsində nəzərdə tutulan bəzi müddəaların şərhi zamanı müəyyən suallar ortaya çıxıb. Bu xüsusilə, mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslərlə bağlıdır.

Bizimyol.info xəbər verir ki, Vergilər Nazirliyindən verilən məlumata görə, qanunvericilik layihəsində mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslərin sosial sığorta haqlarının aşağıdakı qaydada tutulması təklif edilib: “Mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslər üzrə:

gəlirlərindən ödəmə mənbəyində 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutulacaq.

Vergi orqanlarına uçota alınmayan və mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan belə şəxslərin sosial sığorta yükündə dəyişiklik baş verməyib.

Sosial sığorta haqlarının bu qaydada tutulması sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilmir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə:

sahibkarlıq fəaliyyəti üzrə minimum əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sosial sığorta haqları hesablanması nəzərdə tutulub.

Bu kateqoriyaya vergi orqanlarında uçota duraraq sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyiciləri aiddir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər mülki-hüquqi xarakterli müqavilələr əsasında fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq onların sosial sığorta haqları üzrə öhdəlikləri minimum əmək haqqının faiz nisbəti ilə müəyyən edilir”.

Ramid İbrahimov

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »