Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Noyabrın 27-də qızılın qiyməti noyabrın 26-ı ilə müqayisədə 10,9055 manat azalaraq 1 unsiya üçün 2077,349 manat təşkil edib.
Gümüş 0,4481 manat ucuzlaşaraq 1 unsiya üçün 24,2114 manata bərabər olub.
Platinin qiyməti 7,718 manat azalaraq 1433,1 manat, palladiumun qiyməti isə 11,1095 manat azalaraq 1952,0505 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (Trend.az)