Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərdədə kütləvi dava baş verib, 4 nəfər bıçaqlanıb - Fotolar

Bərdə rayonunda kütləvi dava baş verib.

Hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Araşdırma aparılır. (Report.az)

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »