Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elmar Məmmədyarov ABŞ-ın tanınmış din xadimlərini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperı və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edib.

XİN-dən verilən məlumata görə, görüşdə Ravvin Abraham Kuper Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu bildirərək Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu ifadə edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verildiyini bildirərək tarixən müxtəlif dini icmaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin bir arada dinc şəraitdə yaşamasının bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda tolerantlıq və multikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldiyini, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verildiyini vurğulayıb. Məhz bundan irəli gələrək ölkəmizin sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Öz növbəsində, Ravvin Abraham Kuper multikulturalizm sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını qeyd edərək ölkəmizdə dini və mənəvi dəyərlərin, mədəniyyətlərarası dialoq, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörməti yüksək qiymətləndirdiyini bildirib. Tərəflər Azərbaycanın bütün dünyaya dözümlülük, tolerantlıq və multikulturalizm modeli kimi nümunə olduğunu qeyd ediblər.

Görüş əsnasında dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »