Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Velosipedçilərə bəd xəbər - Ekspertdən Nazirlər Kabinetinin qərarı ilə bağlı açıqlama
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarına dəyişiklik edilib.

Dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda velosipedi və ya arabanı idarəetmə hüququ 14 yaşdan yuxarı şəxslərə verilir.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bizimyol.info-ya bildirib ki, qərara əsasən ölkənin ümumi yollarında velosiped və araba sürmək üçün minimal yaş həddi 14 yaş müəyyənləşdirilib: “Doğrudur, yollarda velosiped sürən şəxslər mühafizə üçün dəbilqə və digər vasitələrdən istifadə etməlidir. Amma bu məsələ görünür kölgədə qalıb. Son zamanlar velesipedçilərin iştirakı ilə yol nəqliyyat hadisəslərinin sayı artıb. Qaydalar əksər hallarda velosipedçilər tərəfindən pozulur. Hətta ölüm hadisəsi qeydə alınır. Ona görə də, bu məsələ yenidən gündəmə gətirilib təlimata əlavə edilib”.

Ekspert deyib ki, iaşə obyektlərində yeniyetmə yaşına çatmayan uşaqlar velosiped və araba vasitəsi ilə müxtəlif məhsulların daşınmasında iştirak edirlər: “Halbuki “Yol hərəkəti haqqında” qanunda göstərilir ki, velosipedin hərəkətinə mane olan yükün daşınması qadağandır. Və bəzi hallarda məhsul daşıyıyan velosipedçi uşaqlar qaydanı pozmuş olurlar”.

Ramid İbrahimov

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Yanvarın 23-nə olan hava proqnozu
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »