Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmək pensiyalarının hesablanma qaydası dəyişir

Nazir: “Pensiyalar artacaq”

Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə edilib.

Bizimyol.info xəbər verir ki, layihə barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Qanunvericiliyə təklif edilən dəyişikliyə görə, Azərbaycanda özəl qeyri-neft sektoru üzrə 8000 manata qədər əməkhaqqından gəlir vergisinin tutulmaması təklif edilir. Nəticədə özəl sektorda sahibkarlıq subyektlərində çalışan şəxslər 14 faiz gəlir vergisindən tamamilə, işəgötürənlər və işçilər isə həm də sığorta ödəmələrindən qismən azad olacaqlar Bu zaman yalnız sosial sığorta haqqı 26 faiz tətbiq olunacaq. Bu da işəgötürənlə işçi arasında bölüşdürüləcək. İndiyədək sosial sığorta haqqının 3 faizini işçilər, yerdə qalanını isə işəgötürən ödəyrdi. Təklif edilən dəyişikliyə görə artıq işçi 10 faiz ödəməli olacaq. Yəni artıq işçi bir mənbəyə, - vergi qurumlarına 10 faiz, işəgötürən isə 16 faiz sığorta haqqı ödəyəcək.

Dövlət sektoru üzrə sosial sığorta haqlarının tətbiqi vəziyyəti bu gün mövcud olduğu kimi qalacaq. Yəni mövcud status qalır, əməkhaqqından gəlir vergisi 2500 manata qədər 14 faiz olacaq, 2500 manatdan yuxarı olduqda isə 25 faiz olacaq, 173 manatdan isə tutulmayacaq. Dövlət sektoru üzrə sosial sığorta haqlarının tətbiqi vəziyyəti də bu gün mövcud olduğu kimi qalacaq.

Həmçinin bundan sonra həm vergi, həm də sosial yığımları eyni qurum – Vergilər Nazirliyi həyata keçirəcək.

Müzakirələr zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2019-cu ildə 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək. Nazir bildirib ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq: "Gələn ildən başlayaraq Azərbaycan vətəndaşlarına pensiya təminatı avtomatlaşdırılmış qaydada aparılacaq”.

Əmək pensiyalarının hesablanma qaydası dəyişir

“Əmək pensiyaları haqqında” qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni – 30-cu bəndə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun olaraq hesablanır.

2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu maddənin tələbləri nəzərə alınmaqla aşadığıdakı qaydada hesablanır:

2019-2020-c illərdə bu qanunun 7-ci maddəsi ilə müəyyən edilən (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var) yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır.

Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır.

Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu maddədə göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.

Bu maddə aşağıdakı hallarda tətbiq edilmir:

1.2019-cu ilin yanvarın 1-dək təyin edilən əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zaman.

2.2019-cu ilin yanvarın 1-dən sonra əmək pensiyası təyin edilən şəxslərə 2019-cu ilin yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı.

3.Bu qanun 9-cu (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı.

4.Bu qanunun 20-ci maddəsinə əsasən, əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.

5.2019-cu ilin yanvarın 1-dək “Sosial müavinətlər haqqında” qanuna əsasən təyin edilən sosial müvanətlərin bu qanunun 22-1 maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

Qanuna dəyişikliklərin 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
Son xəbərlər
Bütün xəbərlər »