Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid ailələri birdəfəlik ödənişləri almağa başlayıblar
Şəhid və itkin düşən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənişlərin bir qismi artıq sahiblərinə çatıb.

Bu ödənişi alanlardan biri şəhid Azər Zeynalovun atası Ələddin Zeynalovdur.

Bizimyol.info-ya açıqlama verən Ə.Zeynalov bildirib ki, 1974-ci il təvəllüdlü oğlu 1991-ci ildə Azərbaycan Texnologiya İnstitutuna qəbul olub.

“Üçüncü kursda təhsil aldığı vaxtda onu hərbi xidmətə çağırdılar. 14 aprel 1993-cü il tarixində Goranboy rayonu Gülüstan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub”,-deyə Ə.Zeynalov bildirib.

Bizimyol.info-ya açıqlama verən şəhid Müşfiq Əliyevin atası Abbas Əliyev bildirib ki, o da 11 min manat məbləğində birdəfəlik ödəməni alıb.

“1974-ci il təvəllüdlü oğlum doğulduğu Tovuz rayonunun Yuxarı Öysüzlü kəndinin müdafiəsində iştirak edib. 1992-ci ildən ərazilərin işağldan azad olunması uğrunda mübarizəyə qoşulub. 1993-cü ildə könüllü olaraq Ağdarəyə getdi. Həmin ilin fevral ayının 22-də şəhid oldu”,-deyə A.Əliyev bildirib.

Qeyd edək ki, dövlət başçısının fərmanı ilə şəhid və itkin düşən şəxslərin ailələrinə 11 min manatlıq birdəfəlik verilməsi nəzərdə tutulan ödəmələr 9500-dən çox nəfərə şamil ediləcək. Bunun üçün bu il dövlət büdcəsindən 58 milyon manat, gələn il isə 50 milyon vəsait ayrılacaq.

Adıçəkilən şəhid ailələri bu birdəfəlik ödəməni Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçuların xatirəsinin əziz tutulması və onların ailə üzvlərinə diqqət və qayğının əyani təsdiqi kimi dəyərləndiriblər.

Ramid İbrahimov

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »