Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanla erməni kilsəsi arasında qalmaqal böyüyür
Kilsə heç vaxt hakimiyyətin əlavəsi olmayıb.

Report xəbər verir ki, bunu Eçmiadzin kilsəsinin aparıcı din xadimi Vaqram Melikoyan Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın erməni kilsəsinin hakimiyyətin əlavəsi olması barədə fikirini şərh edərkən deyib.

V.Melikoyan kilsənin ermənilərin və Ermənistanın həyatında oynadığı aparıcı rolu da vurğulayıb.

Qeyd edək ki, N.Paşinyan Eçmiadzin kilsəsinin fəaliyyətindən danışarkən deyib: "Respublikaçılar Partiyası (Serj Sarqsyanın Partiyası- "Report") milli-mənəvi dəyərlərdən bəhs edir. Ancaq kilsə onların hakimiyyəti dövründəki qədər heç vaxt ləkələnməyib. Bundan başqa, kilsə hakimiyyətin əlavəsi olub".

Xatırladaq ki, bir müddət əvvəl Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sarkisyan da Nikol Paşinyanın əaleyhinə çıxış etmişdi. Bundan başqa, parlament katolikosun mühafizəsi haqqında qanun layihəsini qəbul etməyib.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
Son xəbərlər
Bütün xəbərlər »