Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət büdcəsinin gəlir və xərcləri artırılır
Milli Çəclisdə deputatların təklifləri ilə bağlı cavab vermək üçün söz maliyyə naziri Samir Şərifova verilib. Nazir çıxışında bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılıb.

Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya 1.1 faiz artaraq 23 milyard 168 milyon manat təşkil edəcək. müvafiq olaraq dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat və ya 1.7 faiz artaraq 25 milyard 190 milyon manat təşkil edəcək.

“Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 2019-ci illə müqayisədə 0,7 faiz artaraq 30.7 faiz təşkil edəcək. Strukturuna görə dövlət büdcəsinin əsas xərcləri ilkin proqnozlara nisbətən 291 milyon manat və ya 2.9 faiz artaraq 10 milyard 182 milyon manat cari xərclərin isə ilkin proqnozlara nisbətən 119 milyon manat və ya 0.9 faiz artaraq 12 milyard 673 milyon manat təşkil edəcək”.

Nazir bildirib ki, deputatların təklifləri əsasında büdcəyə edilən ümumi dəyişikliyin tutumu 610 milyon manat təşkil edir:

“Bu məbləğin 200 milyon manatı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, 80 milyon manatı regionlarda məşğulluq səviyyəsinin artırılmasına, 2, 7 milyon manatı isə Gənclər Fonduna ayrılır.

Həmçinin 2019-2020-ci illərdə dövlət sifarişi əsasında (ödənişsiz təhsil) təhsil alan ali məktəb tələbələrinin sayının artırılması və digər təhsil xərclərinə 11 milyon manat nəzərdə tutulur.

Eyni zamanda AMEA-ya əlavə 800 min manat, yeni doğulmuş eşitmə və ürək qüsurlu uşaqların müalicəsinə əlavə 4 milyon manat, yeni yaradılmış təşkilatlara 5,5 milyon manat, Milli Məclisin saxlanma xərclərinə əlavə 10,1 milyon manat, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və kənd təsərrüfatı xərcləri üçün əlavə 40 milyon manat ayrılacaq.

Bununla yanaşı, bələdiyyələrə subvensiyalar üçün ayrılmış dotasiyaların həcmi 500 min manat azaldılacaq. Onu da qeyd edim ki, təkliflərin ümumilikdə maliyyə tutumu 7 milyard manatdır . Ancaq indiki dövrdə bunun dövlət büdcəsinin xərclərinə aid edilməsi qeyri-realdır. Bunlar mərhələli şəkildə həll olunacaq”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »