Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın yeni televiziya kanalı yayıma başladı

Bu gündən Bakı Teleqüllə Kompleksindən "ARB 24" TV proqramının DVB-T standartında Full HD formatlı yayımına başlanılıb.

Bu barədə report-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nazirliyin tabeliyindəki Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Bakı Teleqüllə Kompleksindən "ARB 24" TV proqramının DVB-T standartında Full HD formatlı yayımına başlanılıb.

Buna qədər isə, "ARB 24" TV proqramının Bakı şəhəri və Abşeron yarımadası ərazisində açıq paketdə rəngli sətr generatoru şəklində sınaq yayımı aparılıb.

Sınaq yayımlarına dair xüsusi ekspert qrupunun yekun müsbət rəyindən sonra, 27.11.2018-ci il tarixindən etibarən, Teleradio İB-nə məxsus yayım vasitələri ilə 31-ci TV kanalda 554 MHs tezlikdə "ARB 24" TV proqramının açıq paketdə yayımı təmin olunub.

Qeyd edək ki, "ARB 24" TV proqramını qəbul edə bilmək üçün rəqəmli TV qəbuledicilər 31-ci TV kanala (və ya 554 MHs tezliyə) yenidən köklənməlidir.

Bunun üçün qəbuledicilərdə avto axtarış vermək və ya əl rejimində 31-ci TV kanalı (və ya 554 MHs tezliyi) seçib axtarış vermək lazımdır.

Məlumat üçün bildirək ki, Milli Televiziya və Radio Şurasının 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) elan etdiyi müsabiqənin qalibi "Türkel TV" MMC (ARB 24) olub.

Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
Son xəbərlər
Bütün xəbərlər »