Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə maşın aşıb, 1 nəfər ölüb, 3-ü yaralanıb

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Bolludərə kənd inzibati ərazisində, Sarıca-Bolludərə avtomobil yolunda qeydə alınıb.

Hələ ki, şəxsiyyəti bilinməyən Bolludərə kənd sakini sükanı arxasında olduğu “Chevrolet Niva” markalı, "99-MG-416" dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəzadan sonra sürücü hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olan rayonun Bolludərə kənd sakinləri - 1990-cı il təvəllüdlü İsmayıl Bəhram oğlu Hüseynov, 1988-ci il təvəllüdlü Xəyalə Elxan qızı Əhmədova və Xəyalənin övladı Həmayə Elçin qızı Əhmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan bildirilib ki, yaralıların müalicələri xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır və orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »