Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət Poroşenkonun istefasını tələb edir

Ukrayna Radasının “Müxalif platforma – Həyat üçün” deputatlar fraksiyası Kerç boğazında baş vermiş hadisədən sonra prezident Petro Poroşenkonun istefasını tələb edir.

Fraksiyanın bəyanatına əsasən, hazırda başlıca tapşırıq insanların təhlükəsizliyini və münaqişənin alovlanmasının qarşısının alınması olmalıdır. Bunun üçün baş verənlərlə əlaqəsi olan bütün hərbi vəzifəliləri istefaya göndərmək lazımdır:

“Biz vəziyyətdən yeganə çıxış yolu kimi prezident Poroşenkonun istefaya getməsini və Ukraynanın yeni prezidentinin seçilməsini görürük. Hərbi vəziyyət elan etməklə dövlət başçısı hakimiyyəti qəsb etməyə və uduzacağı seçkilərin keçirilməsinə mane olmağa çalışır. Hərbi vəziyyət hökumətə mövcud rejim əleyhinə olanlardan onu təmizləməyə, bir neçə KİV-i bağlamağa və söz azadlığını məhdudlaşdırmağa şərait yaradacaq”.

Müxalifət ölkədə hərbi vəziyyətin elan edilməsinin əsassız olduğunu düşünür və Rusiya ilə münaqişəni sülh yoluyla tənzimləməyə çağırış edir. (Qafqazinfo.az)

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Hökumət hansı məhsulların qiymətinin artdığını açıqlayıb
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
Son xəbərlər
Bütün xəbərlər »