Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı metrosunda cibgirlik edən şəxs həbs edildi – FOTO
Bakı şəhər sakini Samir Mustafayev iyulun 29-da Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyulun 28-də, saat 15:30 radələrində metronun “Əhmədli” stansiyasında qızı, 14 yaşlı Nəzrinin əl çantasından dəyəri 340 manat olan mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elman Əliyev saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

E.Əliyevin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna edilmir.

Qeyd olunub ki, şəkildə gördüyünüz şəxsin əməllərindən zərər çəkən varsa, bu barədə Metropolitendə Polis Şöbəsinə (012-490-02-42) müraciət edə bilər.

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər