Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Telman İsmayılov gizli məqamlara toxundu: “Edama hazıram” – Video
Rusiyanın NTV telekanalı tanınmış iş adamı, azərbaycanlı biznesmen Telman İsmayılovdan müsahibə alıb.

Kanalın məşhur “Yeni rus sensasiyaları” proqramında Telman İsmayılov maraqlı məqamlara toxunub.

Verilişin əvvəlində İsmayılovla bağlı gecə klublarında, otel və restoranlarda kriminal mühitin hökm sürdüyü göstərilib. Bildirilib ki, Telman İsmayılovun obyektlərində narkotik alveri baş alıb gedib.

Oliqarx bu və digər maraqlı məqamlara toxunub. Telman İsmayılov çıxışında bildirib ki, telekanalların kriminal xronikada nümayiş etdirdiyi “Çerkizov” bazarına heç bir aidiyyatı yoxdur.

“Sizin və digər kanallarda yayımlanan reportajlarda mənim adım hallanıb. Hansısa bazarı göstərib, mənim olduğunu bildirmisiz. Mənimlə əlaqəli heç bir obyektdə narkotik dövr etməyib. Hətta bizim obyektlərdə mühafizəçilər kimdəsə narkotik tapanda mükafat alırdılar”, – deyə Telman İsmayılov bildirib.

İş adamı onunla bağlı səslənən ittihamların əsassız olduğunu vurğulayıb:

“Qaçaqmal və digər məsələlərdə məni ittiham edirlər. Hanı sübut? Əgər belə ittihamlar varsa, faktlar varsa, mən ömürlük məhkumluğa, hətta edam cəzasına belə razıyam”.(BAKU.WS)

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »